
Azərbaycan Burundi qaçqınlarına yardım ayırdı
BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının (BMTQAK) üzv dövlətlərə etdiyi müraciətinə cavab olaraq, Azərbaycan Prezidentinin tapşırığına əsasən Burundi qaçqınlarına humanitar yardımın göstərilməsi məqsədilə 30 min ABŞ dolları məbləğində maliyyə vəsaiti ayırılıb.
XİN-dən ONA-ya verilən məlumata görə, sözügedən vəsait Tanzaniya, Konqo Demokratik Respublikası, Ruanda və Uqandada məskunlaşmış Burundi qaçqınlarının təcili humanitar tələbatının qarşılanması, onların öz ölkələrinə qayıdışının təşviq edilməsi və cəmiyyətə reinteqrasiya olunması kimi fəaliyyətlərin dəstəklənməsinə yönəldiləcək.
BMTQAK “2019-2020-cu illər üzrə Burundi Qaçqınlarına Regional Yardım Planı”nı təqdim edərək nəzərdə tutulmuş fəaliyyətlərin həyata keçirilməsi üçün 296,4 milyon ABŞ dolları məbləğində maliyyə vəsaitinin tələb olunduğunu açıqlayıb, Burundi qaçqınlarının qida, tibbi yardım, uşaqların təhsil və sair kimi təcili humanitar tələbatının qarşılanması məqsədilə üzv dövlətlərə müraciət edib.
Oxşar yazılar

MEDİA-dan sosial şəbəkələrdə yayılan saxta məlumatla bağlı AÇIQLAMA
12 iyul 2025 , 19:52
Azərbaycan Suriyaya qaz verəcək
12 iyul 2025 , 15:34
İşğal zamanı əsirlikdə işgəncələrə məruz qalmış şəxslər ifadə verdilər
10 iyul 2025 , 22:45
Sülh gündəliyi Azərbaycanın liderliyi ilə irəliləyir
10 iyul 2025 , 17:29
İlham Əliyevlə Paşinyanın görüşünün nəticəsi məlum oldu
10 iyul 2025 , 14:35
Azərbaycan və Ermənistan rəhbərliyi ilk dəfə vasitəçisiz görüşdü - VİDEO - YENİLƏNİB
10 iyul 2025 , 14:02
Azərbaycanla Ermənistan arasında vasitəçisiz danışıqlar - Tarixi Əbu-Dabi görüşü
10 iyul 2025 , 12:53
İlham Əliyev sabah Paşinyanla görüşəcək
9 iyul 2025 , 12:13