![[b]Bu qəsəbədə avtomobillərin hərəkəti məhdudlaşdırılacaq[/b]](https://lent.az/storage/news/2019/april/20/big/f02e79824c3199d61eed9902d64e738c.jpg)
[b]Bu qəsəbədə avtomobillərin hərəkəti məhdudlaşdırılacaq[/b]
Aparılan təmir-tikinti işləri ilə əlaqədar olaraq aprel ayının 20-dən 21-nə keçən gecədən etibarən 21-i axşam saatlarınadək Binəqədi rayonu, Biləcəri qəsəbəsi Xurşudbanu Natəvan küçəsi ilə avtonəqliyyat vasitələrinin hərəkəti qısa müddətlik məhdudlaşdırılacaq.
Bu barədə ONA-ya Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin İctimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.
Bildirilib ki, sözügedən küçəyə avtonəqliyyat vasitələrinin daxil olması Yəhyə Hüseynov və Rəşid İsmayılov küçələri ilə kəsişmədən məhdudlaşdırılmaqla alternativ olaraq sözügedən küçələrə yönəldiləcək.
Sözügedən ərazidə sıxlıq yaşanması deyə məhdudlaşmanın tətbiq edildiyi ərazidə yaşayan vətəndaşların avtonəqliyyat vasitələrindən başqa digər avtomobillərin sürücülərindən alternativ göstərilən yollardan istifadə etmələri xahiş olunur.
Yarana biləcək müvəqqəti narahatlığa görə, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi vətəndaşlardan üzr istəyir və aparılan işlərə anlayışla yanaşmalarını xahiş edir.
Oxşar yazılar

Yayda zibil maşınlarının ifunətli suları - Sakinlər narazıdır, qurum təkzib edir
4 iyul 2025 , 16:26
108 yaşlı qadın hər gün yeməkdən əvvəl içdiyi alkoqollu içkini açıqladı
4 iyul 2025 , 15:56
İtkin düşən üç hərbçimiz Kəlbəcərdə dəfn edildi -FOTOLENT
4 iyul 2025 , 15:23
Sabah çimərliklərə getməyiniz məsləhət deyil - SƏBƏB
4 iyul 2025 , 14:46
Diplomlarının saxta olduğu deyilən həkimlə bağlı RƏSMİ AÇIQLAMA
4 iyul 2025 , 14:31
İnformasiya agentliklərinə dair YENİ TƏLƏBLƏR
4 iyul 2025 , 13:31
Zamin hansı halda ödənişi etməyə bilər? - CAVAB
4 iyul 2025 , 13:15
Bakıya yağış yağacaq - Sabahın havası
4 iyul 2025 , 13:02