“Toyota” üç yanacaq növü ilə işləyən ilk hibrid avtomobilini satışa çıxardır
17 aprel 2019 21:08 (UTC +04:00)

“Toyota” üç yanacaq növü ilə işləyən ilk hibrid avtomobilini satışa çıxardır

0
Yaponiyanın “Toyota Motor Corp.” şirkəti Braziliyada istehsal etdiyi ilk hibrid mühərrikli avtomobilini satışa çıxaracağını elan edib.
 
Reuters agentliyi xəbər verir ki, şirkət dünyada ilk dəfə olaraq üç yanacaq növü – elektrik, etanol və qazla işləyən mühərriklə təchiz olunmuş “Corolla” modelini hazırladığını bildirib. “Toyota”nın yeni avtomobilləri nəhəng zavodun yerləşdiyi Braziliyadan dünyanın digər ölkələrinə ixrac ediləcək. Bu ölkədə zavodları olan başqa avtomobil şirkətləri, o cümlədən “General Motors” və “Volkswagen AG” isə yaxın vaxtlarda bu cür avtomobillərin istehsalını nəzərdə tutmadıqlarını bəyan ediblər.
 
“Toyota”nın bu planı San-Pauloda keçirilən mətbuat konfransında elan edilib. Şirkət Braziliyanın bu ştatında 254 milyon dollar başa gələcək daha bir zavod tikəcəyini də açıqlayıb.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 1364

Oxşar yazılar