![[b]Nümayəndə heyətimiz “BOO - 2019” ikinci beynəlxalq konfransında[/b]](https://lent.az/storage/news/2019/april/11/big/a86b720cd85b30f8e81956103d592f1f.jpg)
[b]Nümayəndə heyətimiz “BOO - 2019” ikinci beynəlxalq konfransında[/b]
Müdafiə Nazirliyi Döyüş Hazırlığı və Hərbi Təhsil Baş İdarəsinin idarə rəisi, general-mayor Ənvər Əfəndiyevin rəhbərlik etdiyi nümayəndə heyəti Moskva şəhərində keçirilən “Beynəlxalq ordu oyunları - 2019” yarışlarının ikinci beynəlxalq konfransında iştirak edir. Bu barədə Lent.az-a Müqafiə Nazirliyindən bildirilib.
Məlumata görə, tədbir zamanı nümayəndə heyətləri yarışların şərtləri və qaydalarını müzakirə edir, eləcə də müsabiqənin təşkil olunacaq ərazilərə baxış keçirirlər.
Hərbçilərin beynəlxalq yarışlarında Azərbaycan Ordusunun nümayəndələrinin “Dəniz kuboku”, “Tank biatlonu”, “Artilleriya atəşi ustaları”, “Snayper həddi”, “Hərbi-tibbi estafet” və “Səhra mətbəxi” müsabiqələrində iştirakı planlaşdırılır.
“Beynəlxalq ordu oyunları - 2019” yarışlarının cari ilin avqustun 3-dən 17-dək keçirilməsi nəzərdə tutulub.
Oxşar yazılar

"Ən az maaşı da polislər alır" - Aqil Abbas
4 iyul 2025 , 12:29
Rəcəb Tayyib Ərdoğan Azərbaycana gəldi
4 iyul 2025 , 12:07Rusiya konsulu “Sputnik Azərbaycan”ın Bakıda həbsdəki icraçı direktoru və şef redaktoru ilə görüşdü - YENİLƏNİB
3 iyul 2025 , 23:16
Məclis başqanının seçilməməsinə “eşşəklərlə” etiraz edildi
3 iyul 2025 , 22:07
Rusiya səfiri Xarici İşlər Nazirliyinə çağırıldı
2 iyul 2025 , 17:32
İran Hörmüz boğazını minalamağa hazırlaşırmış: detallar AÇIQLANDI
2 iyul 2025 , 15:04
Milli Məclisdən xaricdə yaşayan həmvətənlərimizə ÇAĞIRIŞ
2 iyul 2025 , 11:35
Ukrayna prezidenti İlham Əliyevə zəng edib
1 iyul 2025 , 19:09