
Zakir Həsənov: “Satqınlardan başqa hər kəs tərəddüd etmədən döyüşürdü”
“Bütün müharibələrdə satqınlardan, vətənini, millətini hansısa öz şəxsi maraqlarına satanlardan istifadə edirlər. Onların əlacı ancaq bu işlərə əl atmağa qalıb”.
ONA xəbər verir ki, bunu müdafiə naziri Zakir Həsənov AzTV-yə müsahibəsində deyib.
Nazir bildirib ki, bunun da nəticəsi olmayacaq: “Biz satqınları üzə çıxartdıq. Satqınlar istisna olmaqla, bir nəfər əsgər, bir nəfər zabit, bir nəfər general tərəddüd etmədən döyüşə qalxdı. Hər bir əsgər əmrlə döyüşə qalxdı və hücuma keçdi. Mən özüm hücum başlayanda Lələtəpə istiqamətində idim. Komanda məntəqəm o istiqamətdə idi. Bütün bunları öz gözümlə görmüşəm. Yerimi Talış yüksəkliyi istiqamətində dəyişirdim. Yolda gördüm ki, bizim xeyli sayda cavanlarımız könüllü döyüşə gəlib. Onlara ehtiyacımız olmadı”.
Z.Həsənov xatırladıb ki, aprel döyüşlərindən öncə də bizim ermənilərlə toqquşmalarımız olub, bu toqquşmalar zamanı da ermənilər böyük itkilər veriblər: “Ermənilər 2016-cı ildə bu təxribata əl atdılar. Məndən hərdən soruşurlar ki, buna kim əmr vermişdi. Mən istəyirəm deyəm ki, bu necə baş verib. Biz düşmənin hər bir hərəkətinə hazır olmalıyıq. Bu planlar qabaqcadan işlənir, təsdiqlənir. Bütün planlar vəzifəli şəxslərə paylanılır. Onlardan soruşmadan bu plandan istifadə edirlər. Yəni təxribatın qarşısı necə alınmalıdır, hərbçilərimiz bunu qabacadan bilirdilər, ümumi plan Ali Baş Komandan tərəfindən təsdiq olunub. Təbii ki, bu təxribat başlayanda komandirlər öz planlarına baxdılar, necə deyərlər, fəaliyyətə başladılar. Ümumi əmr çoxdan verilmişdi. Ona görə ki, müharibə gedir”.
Oxşar yazılar

Ermənistanın təxribatları nəticəsində zərər çəkmişlər məhkəmədə ifadə verdilər
18 iyul 2025 , 20:53
Azərbaycan MDB-nin Moskvadakı iclasından imtina etdi
18 iyul 2025 , 14:30
Ermənistanın əsir və girov götürdüyü şəxslər ifadə verdilər
17 iyul 2025 , 20:57
İranda prezidentə itaətsizlik: Rəsmilər niyə ona qarşı çıxır?
17 iyul 2025 , 17:23
İlham Əliyev və Qurbanqulu Berdiməhəmmədov ŞUŞADA
17 iyul 2025 , 12:30
“Melaniya çox ağıllıdır”: Tramp birinci xanımın Ukrayna ilə bağlı qərarlarına necə təsir etdiyini AÇIQLADI
16 iyul 2025 , 17:44
Bu gündən Çinə vizasız gediş-gəliş qüvvəyə minir
16 iyul 2025 , 10:08
"Bu işi Qarabağ və Şərqi Zəngəzurda Azərbaycanın lideri İlham Əliyev görür" - VÜSALƏ MAHİRQIZI
15 iyul 2025 , 20:48