293
09:05
02 Aprel 2019

Ən yüksək ödənişli məşqçilərin SİYAHISI

Dünyanın ən yüksək ödənişli futbol məşqçilərinin siyahısı açıqlanıb.
ONA -nın məlumatına görə, “France Football” nəşrinin müəyyənləşdirdiyi cədvələ Dieqo Simeone başçılıq edir.
İspaniya “Atletiko”sunun argentinalı baş məşqçisi ildə 41 milyon avro qazanır. İkinci sırada İngiltərə “Mançester Yunayted”inin sabiq çalışdırıcısı portuqaliyalı Joze Mourinyo qərarlaşıb. Onun gəliri 31 milyon avro təşkil edir.
“Monako”nun fransalı sabiq baş məşqçisi Tyerri Anridə bu rəqəm 25,5 milyon avrodur. J.Mourinyo və T.Anrinin qazancının böyük hissəsi postundan kənarlaşdırıldıqdan sonra aldığı kompensasiyadır.
İngiltərənin “Mançester Siti” klubuna rəhbərlik edən Pep Qvardiolanın qazancı isə 24 milyon avroya bərabərdir. İlk “beşliy”i İspaniya “Barselona”sının çalışdırıcısı Ernesto Valverde qapayır. O, P.Qvardioladan yarım milyon avro geridədir.