457
15:42
29 Mart 2019

Daha bir idmançımızın Olimpiya medalı alındı

Azərbaycan millisinin ağırlıqqaldıranı Valentin Xristov Olimpiya medalından məhrum edilib.
ONA -nın Beynəlxalq Olimpiya Komitəsinin (BOK) rəsmi saytına istinadən məlumatına görə, bolqarıstanlı legionerimiz 2012-ci ildə Londonda keçirilmiş yarışda qazandığı bürünc mükafatı təhvil verməli olacaq.
Buna BOK-un verdiyi qərar səbəb olub. Qurum 56 kq çəki dərəcəsində 3-cü olan V.Xristovun qadağan olunmuş preparatlardan istifadə etdiyini açıqlayıb. Bildirilir ki, təmsilçimizin dopinq-testlərinin təkrar analizi müsbət nəticə verib.
V. Xristovun bu qərardan İdman Arbitraj Məhkəməsi (CAS) və BOK-un İntizam Komissiyasına şikayət etmək hüququna malikdir.
Qeyd edək ki, hazırda dopinqə görə cəzalı olan 25 yaşlı ağırlıqqaldıranımızdan öncə yunan-Roma güləşçisi Vitali Rəhimov da eyni aqibətlə üzləşib. O, Pekin-2008-də qazandığı gümüş medalı dopinq səbəbindən təhvil verib.