314
11:16
29 Mart 2019

8 qadın güləşçimiz qitə çempionatına qatılacaq

Qadın güləşçilərdən ibarət Azərbaycan milli komandasının heyəti açıqlanıb.
ONA -nın məlumatına görə, yığmamız Avropa çempionatına 8 idmançı ilə yollanacaq.
Komandamızın heyətində Türkan Nəsirova (50 kq), Tatyana Varantsova (53 kq), Alyona Kolesnik (57 kq), Elmira Qəmbərovaa (59 kq), Tatyana Omelçenko (62 kq), Elis Manolova (65 kq), İrina Netreba (68 kq) və Səbinə Əliyevanın (75 kq) adları daxil edilib. Onlar Rumıniyanın paytaxtı Buxarestdə keçiriləcək yarışda qüvvələrini sınayacaqlar.
Qeyd edək ki, Avropa çempionatı aprelin 8-14-də keçiriləcək. Qadın güləşi yarışları isə ayın 10-12-də baş tutacaq.