
Prezident İlham Əliyev Avstriyanın vitse-kansleri ilə görüşüb

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev martın 28-də Vyanada Avstriya Respublikasının vitse-kansleri Haynts-Kristian Ştraxe ilə görüşüb.
Lent.az AZƏRTAC-a istinadən xəbər verir ki, Avstriyanın vitse-kansleri ilə Bakıda keçirdiyi görüşü məmnuniyyətlə xatırladan dövlətimizin başçısı həmin görüşdə ikitərəfli əməkdaşlığa dair geniş fikir mübadiləsi aparıldığını dedi. Azərbaycan-Avstriya münasibətlərinin, o cümlədən siyasi və iqtisadi əlaqələrin uğurla inkişaf etdiyini bildirən Prezident İlham Əliyev bu ölkəyə səfərinin, həmçinin vitse-kanslerlə görüşünün əməkdaşlığın genişləndirilməsi baxımından xüsusi əhəmiyyət daşıdığını vurğuladı.
Avstriya Respublikasının vitse-kansleri Haynts-Kristian Ştraxe ölkəmizə səfəri çərçivəsində Prezident İlham Əliyev ilə görüşünün və apardığı səmərəli müzakirələrin ölkələrimiz arasında əlaqələrin inkişafına təkan verdiyini ifadə etdi.
Söhbət zamanı Azərbaycan ilə Avstriya arasında iqtisadi-ticarət münasibətlərinin genişləndirilməsi məqsədilə əməkdaşlıq formatlarının yaradılması təşəbbüslərinə toxunuldu, bu çərçivədə iki ölkənin dövlət qurumları və işgüzar dairələri arasında əlaqələrin genişləndirilməsinin önəmi vurğulandı.
Görüşdə qarşılıqlı maraq doğuran məsələlərə dair fikir mübadiləsi aparıldı.

Oxşar yazılar

Azay Quliyev Azərbaycanın “altılıq platforması” təşəbbüsündən danışdı - VİDEO
27 yanvar 2021 , 21:06
Putin Qarabağla bağlı 10 noyabr bəyanatından DANIŞDI
27 yanvar 2021 , 16:21
"Mehridən Naxçıvana kommunikasiya xəttinin açılması müzakirə olunacaq" - Hikmət Hacıyev
27 yanvar 2021 , 15:32
İlham Əliyev Prezidentin Şuşada xüsusi nümayəndəsi təyin olunan Aydın Kərimovu qəbul edib
27 yanvar 2021 , 14:28
Hərbçilər Şuşanı qoruyurlar, ətraf yüksəklikləri nəzarətdə saxlayırlar - Prezident
27 yanvar 2021 , 14:23
Prezident Şuşaya xüsusi nümayəndə təyin etdi
27 yanvar 2021 , 13:05
AŞPA Katibliyinə qadın rəhbərlik edəcək - 72 ildən sonra...
27 yanvar 2021 , 03:30
AŞPA Ermənistanın düzəlişlərini RƏDD ETDİ
27 yanvar 2021 , 00:18