
Tanınmış şairə və tərcüməçi vəfat etdi
Tanınmış şairə və tərcüməçi Nadejda Paina vəfat edib.
Rusiyanın Azərbaycan icmasının başçısı, akademik Fazil Qurbanov Nadejda Painanın doğmalarına və yaxınlarına Rusiyanın Azərbaycan diasporu adından və şəxsən öz adından dərin hüznlə başsağlığı verib. Məktubda bildirilir ki, N.Paina Azərbaycan poeziyasının təbliğinə böyük töhfə verib. Onun əsərlərindən ibarət toplular Rusiyadakı Azərbaycan diasporunun dəstəyi ilə müntəzəm çap edilib.
Məktubda deyilir: “Nadejda Moiseyevna Rusiyada yaradıcı Azərbaycan ziyalılarının çoxsaylı ədəbi gecələrinin və digər tədbirlərin tez-tez qonağı olub. Azərbaycan və rus mədəniyyətlərinin və dillərinin özəllikləri lap gənc yaşlarından onun qanına hopub. Nadejda Moiseyevnanın dərindən bildiyi Azərbaycan tarixinə, mədəniyyətinə, poeziyasına böyük məhəbbəti də elə buradan qaynaqlanır”.
(AZƏRTAC)
Oxşar yazılar

Sizi darıxmağa qoymayacaq 5 film -VİDEO
15 iyul 2025 , 16:19
Qadın hiyləsi haqqında 10 sitat
14 iyul 2025 , 18:35
Nəfəs kəsən 12 film - mütləq izləyin -VİDEO
14 iyul 2025 , 17:51
Xoşbəxt sonluqla bitməyən 5 SEVGİ FİLMİ - VİDEO
14 iyul 2025 , 14:49Professor Rəhman Bədəlov vəfat etdi
9 iyul 2025 , 22:34
Baku TV-nin istehsal etdiyi “Söz” filminin təqdimatı keçirildi
9 iyul 2025 , 19:38
Azərbaycanda teatr direktoru istefa verdi
9 iyul 2025 , 12:32
Azərbaycan-İsrail kinematoqrafçılarının birgə filmi təqdim olundu - FOTO
9 iyul 2025 , 12:21