378
13:51
25 Mart 2019

Türkiyə və Rusiya arasında viza rejimi tam ləğv olunur?

Türkiyə və Rusiya hökumətləri viza rejiminin aradan qaldırılması üçün danışıqlara başlayıb.
ONA -nın Türkiyə bürosunun xəbərinə görə, bu barədə xarici işlər naziri Mevlud Çavuşoğlu bildirib. O deyib ki, Rusiya vətəndaşlarının Türkiyəyə vizasız, şəxsiyyət vəsiqəsi ilə gələ bilmələri üçün Moskva ilə danışıqlar aparılır.
Nazirin sözlərinə görə, martın 28-də Rusiya xarici işlər naziri Sergey Lavrovun rəhbərlik etdiyi heyətlə Antalyada bu barədə müzakirələr aparılacaq.
Müzakirələrinin davamı aprelin 8-də Moskvada olacaq.