![[b]Ülviyyə keçmiş əri və arvadı ilə eyni proqramda - Gərgin anlar[/b]](https://lent.az/storage/news/2019/march/16/big/9ecb169ca0773400523c2bdb3d76d726.jpg)
[b]Ülviyyə keçmiş əri və arvadı ilə eyni proqramda - Gərgin anlar[/b]
0
0
ATV-də yayımlanan "Zaurla Günaydın" verilişində gərgin anlar yaşanıb.
Aktrisa Ülviyyə Əliyeva üçün gözlənilməz hadisə olub. Verilişə qonaq olan aktrisa keçmiş əri, aktyor Hüseyn Əlili və onun arvadı Gültac Əlili ilə üz-üzə gəlib.
Proqram boyunca aktyorların bir-biri ilə üz-üzə gəlməməyə çalışması, danışmaması diqqətdən qaçmayıb.
Qeyd edək ki, Ülviyyə Hüseynlə olan ailəsini bir vaxtlar rəfiqəsi olan Gültacın dağıtdığını demişdi.
Hazırda Ü.Əliyeva başqa şəxslə ailəlidir. Hüseyn və Gültac cütlüyünün isə 2 övladı var.
(axşam.az)
0
0