![[b]"Ümid edirəm ki, filmimin çəkilişinə vəsait ayrılacaq” - Oqtay Mirqasımov[/b]](https://lent.az/storage/news/2019/march/14/big/3792ee483bb06edaf89822d9863ed80d.jpg)
[b]"Ümid edirəm ki, filmimin çəkilişinə vəsait ayrılacaq” - Oqtay Mirqasımov[/b]
“Cənab Prezidentin kinomatoqrafiya sahəsinin inkişafı ilə bağlı 5 milyon vəsait ayırması biz kino adamları üçün böyük sevinc oldu”.
Bu fikirləri ONA-ya açıqlamasında kinorejissor, xalq artisti Oqtay Mirqasımov səsləndirib.
O vurğulayıb ki, bu sərəncamın verilməsinə nəinki kino adamları, bütün xalq sevinib: “Mənim özümə nə qədər adam zəng edib, sevinclərini bölüşüblər. Təbii ki, xalqımız da yeni filmlərin çəkilməsini gözləyir. Bu sevinci heç nə ilə müqayisə etmək olmaz”.
Oqtay Mirqasımov daha sonra əlavə edib ki, kinomatoqrafiya istehsalat sahəsi olduğu üçün həmişə böyük maliyyə vəsaitlərinə ehtiyac var: “Dörd-beş il idi ki, büdcədən kinoya vəsait ayrılmırdı. Bu o deməkdir ki, biz yaradıcı kinomatoqraflar çoxdan bəri hazır olan layihələrimizi həyata keçirə biləcəyik”.
Sonuncu filmini 2013-cü ildə çəkdiyini deyən kinorejissor yeni ekran işi üçün vəsait ayrılacağına ümid etdiyini bildirib: “Mənim 7 layihəm Mədəniyyət Nazirlyinə təqdim edilib. Bir filmim artıq bədii şura tərəfindən qəbul olunub. Həmin filmdə Qarabağ məsələsinə də toxunulub. Ümid edirəm ki, mənim filmimin də çəkilişi üçün vəsait ayrılacaq”.
Oxşar yazılar

Mütləq izləməli olduğunuz 7 həyəcanverici detektiv serial - VİDEO
18 iyul 2025 , 14:45
Kefinizi açacaq 5 məzəli film - VİDEO
17 iyul 2025 , 19:46
Azərbaycanın əməkdar incəsənət xadimi vəfat etdi
17 iyul 2025 , 16:25
Özünüzü tapmağa kömək edəcək 6 film - VİDEO
16 iyul 2025 , 17:16
Çətin dövrlərdə sizi rahatlaşdıracaq 5 film - VİDEO
16 iyul 2025 , 15:33
Gənc yazıçı motosiklet qəzasında ağır yaralandı - FOTO
16 iyul 2025 , 11:25
Sizi darıxmağa qoymayacaq 5 film -VİDEO
15 iyul 2025 , 16:19
Qadın hiyləsi haqqında 10 sitat
14 iyul 2025 , 18:35