447
12:43
28 Fevral 2019

Damla qalmaqallı videodan danışdı: "...arxamda dayandılar"

Müğənni Damla bir müddət əvvəl adının hallandığı intim video qalmaqalından danışıb.

Lent.az -ın məlumatına görə, ifaçı “Hər şey daxil” verilişində bildirib ki, ona şər atırlar: "Müğənnilər bir ana, övlad kimi arxamda dayandılar. Haqlıykən, haqsız durumda idim. Abırlı susar, abırsız "susdurdum" deyər. Övladımla mənim aramda ana-bala münasibətindən başqa dostluq var. Hər şeyi ona başa salıram. Bu dəfə bilmirdim nə yazım. Mənə "bayağıdır", "zövqsüzdür", "oxuya bilmir", "İnstaqramı saxtadır" dedilər. Adımı iş adamı ilə hallandırdılar. Narkotik aludəçisi dedilər. "Damla kimdənsə övlad dünyaya gətirəcək" dedilər. Gördülər ki, insanlara qəbul etdirə bilmirlər. Bu ən sonuncu və rəzilvariant idi. Bundan sonra nə edəcəklər".

Damladan açıqlama