144
19:26
24 İyul 2018

Prezident yunanıstanlı həmkarına başsağlığı verdi

Prezident İlham Əliyev Yunanıstan respublikasının prezidenti Prokopis Pavlopulosa başsağlığı məktubu göndərib. Lent.az AzərTAc-a istinadən xəbər verir ki, dövlət başçısı Afina yaxınlığında tüğyan edən meşə yanğınları nəticəsində çoxsaylı insan tələfatı və yaralananlar barədə xəbərdən kədərləndiyini bildirib:

“Bu faciə ilə əlaqədar Sizə, həlak olanların ailələrinə və yaxınlarına, bütün Yunanıstan xalqına şəxsən öz adımdan və Azərbaycan xalqı adından dərin hüznlə başsağlığı verir, yaralananların tezliklə sağalmasını arzulayıram”.