84
12:02
16 İyul 2018

"Gəncədəki hadisə dövlətçiliyə əl qaldıran xainlər tərəfindən törədilib" - Əli Həsənov

“2016-cı il 15 iyulda Türkiyədə baş verən hadisələri çox həyəcanlaizlədik. O gün Azərbaycan yatmadı. Hadisələri seyr etməklə yanaşı, Türkiyə hökumətinə dəstəyimizi də göstərdik.“Tək millət, iki dövlət” formulu həmin günlərin sınağından şərəflə çıxdı.Sarsılmaz Türkiyə-Azərbaycan dostluğunu nümayiş etdirdik”.


APA -nın xəbərinə görə, bu sözləri prezidentin ictimai-siyasi məsələlər üzrə köməkçisiƏli HəsənovTürkiyə səfirliyində 15 iyul hərbi çevriliş cəhdinin 2-ci ildönümü ilə bağlı keçirilən anım tədbirində çıxışındadeyib.

Bir neçə gün əvvəl Gəncədə baş vermiş hadisələrə də toxunan Ə. Həsənov bildirib ki, Gəncədəki hadisə dövlətçiliyə əl qaldırmaq istəyən xainlər tərəfindən törədilib:“Dinc insanlar arasında olan iki polis zabiti qətlə yetirildi. O zabitlər ölkəmizin tarixinə adlarını qızıl hərflərlə həkk etdilər. Türkiyədəki hadisə ilə Gəncədəki bu hadisə oxşar bir tarixdir”.

Ə. Həsənov Türkiyədəkihadisələrin20 yanvarhadisələriilə oxşarlığına da diqqət çəkib: “Sadəcə, Türkiyədə bu hadisəni törədənlər Türkiyə ilə əlaqəli olanlar idi. Bakıdaisə əhalini qanına qəltan edənlər erməni, erməni xislətli yad əsgərlər idi. Hər ikisi milli iradəyə qalib gəlmək istəyirdilər. Millətin üzərinə getmək olar, tanklar, hərbi təyyarələr qaldırmaq olar, amma milli iradəyə qalib gəlmək olmaz. Milli iradə ilə mili lider, milli iqtidar birlikdə olanda bu, mümkün deyil".

APA