
(R) Broker xidməti nədir və ondan necə faydalanmaq olar?
Tarixə nəzər salsaq görərik ki, "broker" sözü ilk dəfə 1355-ci ildə İngiltərədə istifadə edilib. Lakin bu peşənin sözün əsl mənasında ortaya çıxması və bu günkü xüsusiyyətlərə qovuşması XVII əsrdə İngiltərədə baş tutub.
Bunun səbəbi isə o illərdə İngiltərənin ən böyük dəniz ticarətinə sahib olması və pulun mühafizə mənbəyi olması idi.Dünyada əvvəllər Brokerlərin 4 əsas mərkəzi olub: London, Hamburq, Oslo və Nyu-York. İndi isə Broker xidməti göstərən brokerlər dünaynın bir çox ölkələrində fəaliyyət göstərirlər.
Ölkəmizdə Broker xidməti göstərən investisiya şirkətlərindən biri bəlkə də ən birincisi AzFinance şirkətidir. Adı çəkilən şirkətin brokeri Elmidar Şirinzadə AzFinance İnvestisiya şirkətinin göstərdiyi 3 əsas xidmətdən birinin də məhz elə Broker xidməti olduğunu bildirdi. Onun sözlərinə Azərbaycan Respublikasının mülki məcəlləsinə və qiymətli kağızlar haqqında qanuna əsasən hər hansı bir qiymətli kağızı əldə etmək istəyən fizki və ya hüquqi şəxs birbaşa qiymətli kağızı özü ala bilməz. Bu qanunvericiliklə tənzimlənir. Qiymətli kağızı investor ancaq investisiya şirkətlərinin köməkliyi ilə əldə edə bilər. Elə bu zaman qiymətli kağız əldə etmək istəyən şəxsə investisiya şirkətinin brokerləri Broker xidmətini göstərirlər. Bu zaman investorlardan cüzi komissiya haqqı tutulur deyə şirkət nümayəndəsi bildirib.
Fins.az –ın Broker xidmətini kimlər həyata keçirə bilər sualına AzFinance investisiya şirkətinin brokeri Ramil Səmədov bu cür cavab verib: "Broker xidmətləri AzFinance investisiya şirkətində Maliyyə Bazarlarına Nəzarət Palatası tərəfindən lisenziyaları tam təmin olunmuş peşəkar işçilər tərəfindən həyata keçirilir. Hər bir investisiya şirkəti maliyyə bazarının peşəkar iştirakçısıdır. İnvestisiya şirkətlərinin daxili normativ hüququ aktları olmalıdır. Bundan başqa, hər investisiya şirkətinin bir xidmətə görə iki ixtisas şəhadətnaməsinə malik işçisi olmalıdır. İşçilərinin bu cür şəhadətnaməsi olmayan şirkət investisiya şirkəti hesab edilə bilməz".
"Broker xidmətinə nə vaxt müraciət etmək olar?" sualını cavablandıran Ramil Səmədov qiymətli kağız almaq istəyən potensial investorun mütləq qaydada investisiya şirkətinə müraciət etməli olduğunu bildirib.
Qeyd edək ki, qiymətli kağızlar haqqında qanunda göstərilir ki, investisiya şirkətinin bu xidmətləri göstərmək üçün daxili qaydaları olmalıdır və müştəri bilməlidir ki, bu şərtlərlə qaydalar tənzimlənir. İstənilən investisiya şirkətinə müraciət edən investora bu daxili qaydalar təqdim edilməlidir. İnvestisiya şirkəti ilə investor arasında müqavilə imzalanarkən isə qarşı tərəfin, yəni investorun yalnız şəxsiyyət vəsiqəsi tələb olunur.
Oxşar yazılar

"Kapital Bank"da yeni təyinatlar olub
30 iyun 2025 , 17:45
İmişli Kəllə Qənd Zavoduna mediatur təşkil edilib
30 iyun 2025 , 16:52
Ucuz maşın almaq istəyənlərin DİQQƏTİNƏ! – Satış başlayır
30 iyun 2025 , 12:15
Bakıda orta aylıq əməkhaqqı - 1400 manat
30 iyun 2025 , 10:44
“Nizami City”də əla fürsət! Tam təmirli mənzillər satışda! - Foto
30 iyun 2025 , 10:30
Bakının bu rayonunda qaz olmayacaq
30 iyun 2025 , 10:24
Kapital Bank-ın tərəfdaşlığı ilə keçirilən “FINTEX SUMMIT 2025” başa çatdı
25 iyun 2025 , 16:24
"Kristal" Biləcəridə yeni mənzilləri satışa təqdim etdi - 2 otaq studiya mənzillər
25 iyun 2025 , 16:00