"Azərenerji" rəsmisi: "Yaxın saatlarda ölkə üzrə enerji verilişinin tam bərpa olunması gözlənilir"
03 iyul 2018 03:24 (UTC +04:00)

"Azərenerji" rəsmisi: "Yaxın saatlarda ölkə üzrə enerji verilişinin tam bərpa olunması gözlənilir"

"Hazırda ölkənin Şimal və qərb bölgəsində, həmçinin Mingəçevir şəhərinə elektrik enerjisinin verilişi bərba olunub. Paytaxtın da bəzi məntəqələrində elektrik enerjisi verilişinin təmin olunması üçün işlər görülür. Ümumilikdə yaxın saatlarda ölkə üzrə enerji verilişinin tam təmin olunması nəzərdə tutulub".

 

 

Bunu  APA-ya açıqlamasında Azərenerji ASC-nin ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Yəhya Babanlı deyib.

 

Onun sözlərinə görə, bu, bir texniki prosesdir: "Sistemdə çökmə olduğu üçün bu texniki proses bir müddət sürəcək. Ancaq stansiyaların olması ilə əlaqədar əsas strateji əhəmiyyat daşıdığı üçün birinci növbədə Mingəçevir şəhəri və qərb rayonlarına öz yerli resurslarımız hesabına elektrik enerjisi verilib".

 

Y. Babanlı bildirib ki, hazırda Gürcüstan və Rusiya ilə paralel mübadilə üzərində də iş gedir.

 

# 968
avatar

Oxşar yazılar