125
19:38
12 İyun 2018

Ukrayna prezidenti: “TANAP-dan qaz əldə etmək istəyirik”

TANAPAzərbaycan, Türkiyə, Avropa və Ukrayna üçün çox önəmli layihədir”.

APA -nın Türkiyə müxbiri xəbər verir ki, bunu Ukryana prezidenti Petro Poroşenko Türkiyənin Əskişəhər şəhərindəTANAPlayihəsinin açılış mərasimində çıxışında deyib.

Ukrayna prezidenti bildirib ki,TANAP-la Cənub Qaz Dəhlizinin önəmli qismi tamamlanıb: “Son illər gördük ki, enerjidən Rusiyanın başqa ölkələrə təzyiq vasitəsi kimi istifadə edildi. Ancaq bu siyasət uğurlu olmadı.TANAPbunun göstəricilərindən biridir.

Bu layihə yaxın dostum, Azərbaycan prezidentiİlham Əliyevin və mənim, eyni zamanda Ukrayna xalqının yaxın dostu Türkiyə prezidentiRəcəb Tayyib Ərdoğanın liderliyi ilə gerçəkləşib.TANAPUkraynanın enerji təhlükəsizliyi üçün də önəmlidir.

Mən Ukrayna xalqı adından Azərbaycan və Türkiyə prezidentlərinə təşəkkür etmək istəyirəm. Ukrayna bu layihəyə tam dəstək verir.

Biz bu gün öz enerji qaynaqlarımızı genişləndirməyə çalışırıq.

Biz Bolqarıstan və Rumıniya üzərindənTANAP-dan qaz əldə etmək istəyirik.

Yaxın gələcəkdə Xəzər dənizindən təbii qazın tək Ukraynaya deyil, bütün Avropaya ixrac ediləcəyinə inanıram”.

APA