![[b]2 deputat Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin tərkibinə daxil edilir[/b]](https://lent.az/site/assets/images/breaking-news/lentaz.png)
[b]2 deputat Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin tərkibinə daxil edilir[/b]
Azərbaycanın Avropa Şurası Parlament Assambleyasındakı (AŞPA) nümayəndə heyətinin tərkibində dəyişiklik edilir.
Lent.az-ın Modern.az-a istinadən xəbərinə görə, nümayəndə heyətinin tərkibinə rotasiya qaydasında dəyişiklik edilir.
Belə ki, AŞPA-dakı nümayəndə heyətinin tərkibinə deputatlar Çingiz Qənizadə və Naqif Həmzəyevin yeni üzv seçilməsi təklifi irəli sürülüb.
Məsələyə Milli Məclisin iyunun 12-də keçiriləcək növbədənkənar plenar iclasında baxılacaq.
Qeyd edək ki, hazırda Azərbaycanın AŞPA-dakı 12 nəfərlik nümayəndə heyətinə aşağıdakı deputatlar daxildir:
Səməd Seyidov (sədr), Qənirə Paşayeva, Fazil Mustafa, Sabir Hacıyev, Sahibə Qafarova, Sevinc Fətəliyeva, Elşad Həsənov, Rəfael Hüseynov, Rövşən Rzayev, Ülviyyə Ağayeva, Asim Mollazadə, Vüsal Hüseynov daxildir.
Lakin ölkə başçısının imzaladığı sərəncamla deputatlar Rövşən Rzayev “Dövlətqaçqınkom”un sədri, Vüsal Hüseynov isə Dövlət Miqrasiya Xidmətinin rəisi təyin edildiyindən, onlar AŞPA-ya gedə bilmirlər.
Oxşar yazılar

MEDİA-dan sosial şəbəkələrdə yayılan saxta məlumatla bağlı AÇIQLAMA
12 iyul 2025 , 19:52
Azərbaycan Suriyaya qaz verəcək
12 iyul 2025 , 15:34
İşğal zamanı əsirlikdə işgəncələrə məruz qalmış şəxslər ifadə verdilər
10 iyul 2025 , 22:45
Sülh gündəliyi Azərbaycanın liderliyi ilə irəliləyir
10 iyul 2025 , 17:29
İlham Əliyevlə Paşinyanın görüşünün nəticəsi məlum oldu
10 iyul 2025 , 14:35
Azərbaycan və Ermənistan rəhbərliyi ilk dəfə vasitəçisiz görüşdü - VİDEO - YENİLƏNİB
10 iyul 2025 , 14:02
Azərbaycanla Ermənistan arasında vasitəçisiz danışıqlar - Tarixi Əbu-Dabi görüşü
10 iyul 2025 , 12:53
İlham Əliyev sabah Paşinyanla görüşəcək
9 iyul 2025 , 12:13