504
16:16
27 May 2018

Emin Ağalarov və Murad Dadaşova "Xalq artisti” fəxri adı verilib

Bu gün Azərbaycan prezidenti İlham Əliyevin imzaladığı "Azərbaycan Respublikasının mədəniyyət xadimlərinə fəxri adların verilməsi haqqında" sərəncama əsasən bir neçə məşhur mədəniyyət xadiminə "Xalq artisti” fəxri adı verilib.

APA-nın məlumatına görə, onların arasında müğənni və musiqiçi, Crocus Group şirkətlər qrupunun birinci vitse-prezidenti Emin Ağalarov və şoumen, tanınmış teleaparıcı, prodüser, aktyor, “Bakılı oğlanlar” Şən və Hazırcavablar Klubunun üzvü Murad Dadaşov da var.

Sərəncama əsasən bəstəkar Fikrət Əmirovun oğlu bəstəkar, cazmen Cəmil Əmirov, məşhur bəstəkar Qara Qarayevin oğlu bəstəkar Fərəc Qarayev və bəstəkar, pianoçu, caz-muğam üslubunun banisi Vaqif Mustafazadənin qızı pianoçu, bəstəkar və caz ifaçısı Əzizə Mustafazadəyə də "Xalq artisti” fəxri adı verilib.