119
13:52
17 May 2018

Həbs edilən aktyor azadlığa buraxıldı

Ötən gün polis tərəfindən saxlanılan türkiyəli aktyor Barış Atay sərbəst buraxılıb. Lent.az -ın Türkiyə mediasına istinadən verdiyi məlumata görə, “xalqı kin və düşmənçiliyə təhrik” ittihamı ilə günahlandırılan B. Atay İstanbul Baş Prokurorluğunda dindirilib.

Aktyor Təhlükəsizlik Şöbəsində izahat verib və ötən gecə azadlığa çıxıb.