
Azərbaycan qadınları haqqında sənədli filmin premyerası keçiriləcək
İsveçrə səfirliyi “Dəyişikliklərə cəsarəti çatan cümhuriyyət qadınları” sənədli filminin nümayişini elan etməkdən öz məmnunluğunu ifadə edir. Biz Azərbaycan tarixində
qadınların əhəmiyyətli rolu haqqında olan bu sənədli filmi İMAGİNE Avro Tolerantlıq Festivalına öz töhfəmiz kimi nümayiş etdirəcəyik.
Bu film 2018-ci ilin yazında tamamilə İsveçrə Səfirliyinin maliyyə dəstəyi ilə Rasional İnkişaf Uğrunda Qadınlar Cəmiyyəti (RİQC) tərəfindən hazırlanıb və tamaşaçılara ilk dəfə olaraq 16 may 2018-ci ildə, saat 20:00-da Bakıdakı Yarat Müasir İncəsənət Mərkəzində göstəriləcək.
Giriş pulsuzdur, yerlər “birinci gələnə birinci xidmət olunur” prinsipi ilə tutulur.
Səmimiyyətlə hər kəsi dəvət edirik!
“Dəyişikliklərə cəsarəti çatan cümhuriyyət qadınları” sənədli filmi Azərbaycanda qadınlara səsvermə hüquqlarının verilməsinin 100 illiyinə həsr olunub və son əsrdə Azərbaycan qadınlarının vəziyyətini əks etdirir. Müxtəlif tarixi dövrlərə səyahəti təsvir edən bu filmdə diqqət ölkənin ən vacib tarixi məqamlarında qadınların verdiyi siyasi töhfələrə yönəldilir. Hər bir dövr üçün öz zamanının nümunəsi sayıla biləcək görkəmli qadınlar təqdim olunur. Hazırlanmasında xeyli nadir arxiv materiallarının da istifadə olunduğu bu məlumatlılığın artırılmasına yönəldilmiş film-səyahət bu gün qadınların hansı çətinliklərlə qarşılaşdıqları və onlar üçün 21-ci əsrdə hansı imkanların mövcud olması haqqında suallarla sona çatır.
Sənədli filmin nümayişi İsveçrə səfirinin iştirakı ilə keçiriləcək. Filmdən sonra RİQC-in sədri Şəhla xanım İsmayıl film haqqında məlumat verəcək və auditoriyanın suallarını cavablandıracaq.
Film Azərbaycan dilində ingiliscə subtitrlərlə göstəriləcək.
Oxşar yazılar

Türkiyədə yaşayan azərbaycanlı rəssam vəfat etdi
1 iyul 2025 , 17:27
İzləməli olduğunuz 5 yeni film - sizi ekrana bağlayacaq
30 iyun 2025 , 12:00
Rusiyanın Azərbaycanda keçiriləcək mədəniyyət tədbirləri ləğv edildi
29 iyun 2025 , 12:11
Hitler və nasizmdən bəhs edən roman Almaniyada bestseller oldu
27 iyun 2025 , 16:55
"Nənələr" folklor qrupunun 89 yaşlı üzvü vəfat etdi
27 iyun 2025 , 14:36
Sizi darıxmağa qoymayacaq 5 film -VİDEO
27 iyun 2025 , 14:34
"Azdrama"da "Baş" tamaşasına ictimai baxış oldu
24 iyun 2025 , 19:23
Yuxunuzu qaçıracaq 5 QORXULU film - VİDEO
24 iyun 2025 , 15:55