<b><span style="color:red;">Qüdrət Həsənquliyev:  “Maaşımız ən azı 8 min manat olmalıdır”</b>
04 may 2018 12:22 (UTC +04:00)

Qüdrət Həsənquliyev: “Maaşımız ən azı 8 min manat olmalıdır”

Milli Məclisin bu gün keçirilən iclasında deputat Qüdrət Həsənquliyev deputatların əmək haqlarının 10 faiz artımına etiraz edib.

 

APA-nın məlumatına görə, bununla bağlı layihənin müzakirəsi zamanı Q. Həsənquliyev bildirib ki, bu artım olduqca azdır.
 

O qeyd edib ki, ən azı son illərdə baş verən devalvasiyalar nəzərə alınmalıdır: “Elə etmək lazımdır ki, məmurlar digər gəlir yerlərinə göz dikməsinlər. Elə olmalıdır ki, baş nazir, spiker 10 min manat, deputatlar isə ən azı 8 min manat maaş alsınlar”.

 

 

Deputat korrupsiyaya qarşı mübarizədən danışarkən Sinqapuru misal çəkib.  

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 533

Oxşar yazılar