
İrina Şeykin gözəllik sirləri bəlli oldu - FOTOLENT
Dərin üz xətləri, dolğun dodaqları və yaşıl gözləri ilə bir çox kişinin ağlını başından çıxaran model İrina Şeykin gözəllik sirləri bəlli olub.
Axşam.az xarici KİV-ə istinadən xəbər verir ki, hazırda aktyor Bredli Kuperlə sevgili olan və ondan bir qız uşağı dünyaya gətirən 32 yaşlı model dəriyə qulluq və makiyaj sirlərini bölüşüb:
"Səhər oyananda üzümü içərisində çoxlu buz olan su ilə yuyuram. Bu, həmin dəqiqə dərimə təsir edərək onu daha canlı və parlaq edir. Əgər gecə çox gec yatıramsa və ya yorğunamsa, dərimə 10 dəqiqə buz qoyuram. Sonra üzümə nəmləndirici krem sürtürəm".
Gündəlik makiyaj etmədiyini deyən İrina bunları əlavə edib:
"İşim üçün makiyaj həyatımın ayrılmaz hissəsidir. Amma gündəlik həyatımda ondan uzaq gəzirəm. Düzdür, makiyajı sevirəm, buna baxmayaraq, ondan az və düzgün yararlanmaq lazımdır. Bəzən dərimdə hansısa qüsurları gizlətmək üçün qapadıcı kremlərdən və ənlikdən istifadə edirəm. Dodağıma isə əsasən şaftalı tonlarda olan dodaq boyası sürtməyi xoşlayıram. Onda dodağım daha dolğun görünür".
Şeyk eyni zamanda bacardığı qədər sağlam qidalandığını və idmanla məşğul olduğunu vurğulayıb.
Oxşar yazılar

Emin Ağalarov Rusiyadakı konsertini ləğv etdi
3 iyul 2025 , 10:29
“Kurtlar Vadisi”nin məşhur aktyoru vəfat etdi
2 iyul 2025 , 16:39
Bu məşhurlar Bakıya gələ bilməyəcək - Siyahı
2 iyul 2025 , 12:34
"Məndən əvvəl başqa qız olduğunu bildim" - 29 yaşlı model Yamalla münasibətindən DANIŞDI
2 iyul 2025 , 11:08
Günay İbrahimlinin daha bir SİRRİ açıldı
2 iyul 2025 , 09:35
"Məndən bir də borc istəməyin" - Klarnet ifaçısı Hüseyn Məhəmmədoğlu
1 iyul 2025 , 14:54
Miri Yusifə ağır itki
1 iyul 2025 , 10:29
Maykl Ceksonla bağlı daha bir sirr açıldı
30 iyun 2025 , 14:58