
Azərbaycanlı səfir Qətərin nəqliyyat və rabitə naziri ilə görüşüb
Azərbaycan Respublikasının Qətər Dövlətindəki səfiri Rəşad İsmayılov, Qətər Dövlətinin nəqliyyat və rabitə naziri Cassem bin Saif Al Sulaiti arasında nəqliyyat, informasiya və kommunikasiya texnologiyaları sahələrində iki tərəfli əlaqələrin mövcud vəziyyəti və həmin sahələr üzrə əməkdaşlığın inkişafı yollarının müzakirəsi məqsədilə görüş keçirib.
Görüşdə ölkəmizin nəqliyyat sektorunda həyata keçirilən irimiqyaslı infrastruktur layihələri, o cümlədən, Bakı Beynəlxalq Dəniz Ticarət Limanı kompleksinin, Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizləri istiqamətində beynəlxalq əhəmiyyətli avtomobil yollarının tikintisi və dəmir yolu xətlərinin yenilənməsi barədə qarşı tərəf məlumatlandırılıb və 2007-ci ildən tikintisinə başlanan Bakı-Tbilisi-Qars dəmir yolu xəttinin keçən ilin oktyabr ayından işə düşdüyü, Avropa və Asiya ölkələri arasında yüklərin daşınmasında tranzit ölkə kimi Azərbaycanın rolunu artırdığı diqqətə çatdırılıb.
Səfir həmçinin hazırda Şimal-Cənub nəqliyyat dəhlizinin tikintisi üzrə aparılan işlər haqqında məlumat verərək, bu nəqliyyat dəhlizinin Avropa ölkələrinin, Rusiyanın, Orta Asiya və Qafqaz regionlarının Fars Körfəzi və Hindistana çıxışına, Xəzəryanı ölkələrin Qara dəniz limanları ilə ticarət əlaqələrinin intensivləşdirilməsinə şərait yaradacağını bildirib. Ölkəmizdə beynəlxalq yükdaşımalarda göstərilən xidmətlərin tarifləri üzrə tətbiq olunan güzəştlər haqqında da həmsöhbətə məlumat verilib.
Oxşar yazılar

İrandan Putinə ikiüzlülük İTTİHAMI
30 iyun 2025 , 19:59
Mossad İranın yüksək vəzifəli məmurlarını ələ saldı – Sizi izləyirik
30 iyun 2025 , 18:55
Ərdoğan Azərbaycana gələcək
30 iyun 2025 , 16:38
Fikrət Məmmədov “Şərəf” ordeni ilə təltif edilib
30 iyun 2025 , 14:10
Putinizm və Rus şovinizminin yeni üzü: İmperiyanın qara kölgəsi – Mahir Xəttab yazır
29 iyun 2025 , 19:51
“Qəhvəyi vəba” yenidən canlandı... indi Rusiyada: şovinizm dövlət normasına çevriləndə – BAXIŞ NÖQTƏSİ
29 iyun 2025 , 17:05
Özünüzü qoruyun: MOSSAD-dan iranlılara MESAJ
29 iyun 2025 , 14:28
İblisin başı elə o özüdür...
29 iyun 2025 , 11:48