62
15:29
05 Mart 2018

Nadir Qafarzadənin yeni duet ortağı bu qız oldu - VİDEO

Müğənni Nadir Qafarzadənin yeni duet ortağı məlum olub. Lent.az -a açıqlama verən N.Qafarzadə bildirib ki, həmkarı Çinarə Məlikzadə ilə birgə “Ninnə yar” adlı mahnını oxuyub: “Bu günə qədər bir çox müğənnilərlə duetim olub. Çinarə ilə duet oxumağı özüm istədim. Çünki səsini bəyəndim, dedim, bəlkə birgə nəsə edək?! O da bu istəyə qarşı çıxmadı. İfa etdiyimiz bu mahnını bir çox müğənnilər oxuyub. Amma biz istədik ki, fərqli oxuyaq. Bir sözlə mahnıya əlavələrimiz olub. Gələcəkdə bu mahnıya klip çəkdirməyi də düşünürük”.