145
10:27
03 Mart 2018

Murad Bozdan alqışa layiq addım

Türkiyənin tanınmış müğənnisi Murad Boz alqışlanacaq addım atıb. Lent.az -ın Türkiyə mediasına istinadən verdiyi məlumata görə, ifaçı progeriya (erkən yaşlanma xəstəliyi) xəstəliyindən əziyyət çəkən fanatı ilə görüşəcək. O, Gülsüm adlı azyaşlı qızın videosunu paylaşaraq, “Sənin canına qurban, əlbəttə ki, görüşəcəyik” qeydini yazıb. Daha sonra Murad bildirib ki, növbəti paylaşımı Gülsümlə birgə çəkilmiş videosu olacaq.

Bozun bu hərəkəti izləyiciləri tərəfindən “Alqışlanacaq hərəkət” adlandırılıb.