Nazəninin verilişində nələr oldu? - <span style="color:red;">VİDEO
27 fevral 2018 12:10 (UTC +04:00)

Nazəninin verilişində nələr oldu? - VİDEO

 

“Lider TV”-nin “Dostlar” verilişinin növbəti buraxılışı yayımlanıb. Lent.az-ın məlumatına görə, tanınmış müğənni Nazəninin təqdimatında yayımlanan verilişin bu həftəki qonağı müğənnilər Zenfira İbrahimova, Elnur Valeh, tarzən Humaq Qədimova və stilist Rəşad Əliyev olub.

 

Müğənni Z.İbrahimova Türkiyədəki uğurundan danışıb: “Mənim ifamdan sonra İbrahim Tatlısəs ağladı. Amma əslində heç ağlatmaq istəmirdim. Nazənin xanımdan fərqli az insanlar mənim bu uğurumla fəxr elədi. Mən İbrahim Tatlısəs üçün “Azərbaycan maralı”nı da ifa elədim, ardını özü oxudu. Həmin görüntüləri isə lentə almamışıq. Sadəcə? artıq zil tonlarda oxuya bilmir. Əvvəlki İbrahim deyil”.

 

Müğənni Bakıda Kibariyə ilə eyni səhnəni paylaşması barədə də söz açıb: “Həyatda elə insanlar var ki, nələrisə arzu edir və həmin arzu uğurunda əziyyət çəkir və nail olur. Mən də hər zaman öz arzuma çatmaq üçün əziyyət çəkmişəm. Nəticəsini də görmüşəm".

 

Daha sonra müğənni Elnur Valeh Rusiyadakı fəaliyyətindən danışıb: “Moskvada yaşayıram. Elə orada da fəaliyyət göstərirəm. Sadəcə, toylarla bağlı Azərbaycana gəlirəm. Bir çox mahnılarım “Youtube”da milyon baxış sayı yığıb. Elə mahnılarım var ki, 11-12 milyon baxılıb. Sonuncu təqdim etdiyim “İnsafsız” mahnım 1 aya 1 milyon izlənib”.  

 

Sonda tarzən Humay Qədimova peşəsindən söhbət açıb: “Azərbaycanda tar çalan xanımlar azdı. Bir “Lalə qızlar ansamblı”nın rəhbəri Ceyran Haşımovadır. Bu yolu Ceyran xanım bizim üçün açdı. Sanki bir cığır idi, onun yolunu da biz davam etdiririk. Əslində, mən pianoçu olmuşam. 7 il məşğul olmuşam. Amma tar da öz seçimim olub”.

 

Qeyd edək ki, “Dostlar” verilişi cümə günü 21:30-da, təkrarı isə bazar günü 20:00-da yayımlanır. Verilişin informasiya dəstəkçisi Lent.az-dır. 

 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 535

Oxşar yazılar