Xalq artisti Brilliant Dadaşova bəzi aparıcıları tənqid edib. Lent.az-ın məlumatına görə, müğənni bu barədə sosial şəbəkədəki səhifəsində yazıb. O bildirib ki, efirlərə az-az çıxmasının səbəbkarı aparıcılardır:
“Sonra deməyin ki, televiziya proqramlarında tez-tez görsənmirəm. Seda Sayan verilişinə gələn qonağa necə diqqət göstərir. Bizim bir çox televiziya proqramlarımızda aparıcıların efir mədəniyyətindən xəbəri yoxdur. Müğənni musiqi ifa edərkən aparıcının dəfələrlə başqa işlə məşğul olduğunu görürük. Çünki efirdən bixəbər, şəristəsiz proqram "aparıcılarımız" get-gedə çoxlarır”.