<b>Bakıda qız maşının üstünə çıxıb belə oynadı - <span style="color:red;">Polis araşdırır</b>  - <span style="color:red;">VİDEO
05 fevral 2018 15:40 (UTC +04:00)

Bakıda qız maşının üstünə çıxıb belə oynadı - Polis araşdırır - VİDEO

Bakıda gənc qızın maşının üstündə rəqs etməsi hər kəsin marağına səbəb olub. Lent.az-ın məlumatına görə, gənc qız Cavanşir körpüsü üzərində dayanan "Hyundai" markalı avtomobilin üstünə çıxaraq rəqs edib. Bu isə ətrafda olan insanların diqqətindən yayınmayıb. 

Bu görüntülər sosial şəbəkələrdə ciddi müzakirələrə səbəb olub.

Bakı şəhər Baş Dövlət Yol Polisi İdarəsinin Yol Hərəkətinin Təhlükəsizliyinin Təbliği və İctimai qurumlarla Əlaqə bölməsinin rəisi, polis polkovniki Vaqif Əsədov bu hadisə barədə Lent.az-a bunları deyib:

 

"Mən şəxsən sözügedən videonu görməmişəm. Lakin bu barədə eşitmişəm. Bütün hallarda bu ciddi qanun pozuntusudur. “Yol Hərəkəti Haqqında” qanuna əsasən,  körpünün üstündə dayanmaq və hətta yüksək səslə musiqi səsləndirərək, rəqs etmək olmaz. Bu hadisə tərəfimizdən araşdırılaraq hüquqi qiymət veriləcək".

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 423

Oxşar yazılar