Dərbənddə Nizami parkı yox olub getdi:<span style="color:red;"> Bircə heykəli qalıb
13 mart 2017 17:35 (UTC +04:00)

Dərbənddə Nizami parkı yox olub getdi: Bircə heykəli qalıb

Dərbənddə  yerləşən Nizami adına park bərbad günə düşüb. Bu barədə Lent.az-a Dərbənddə yaşayan həmkarımız Telman Tahirli məlumat verib. Telman Tahirlinin dediyinə görə, şəhərin mərkəzində yerləşən bu park zibilliyə çevrilib.

“Şəhərin 2000 illiyi münasibətiylə bu parkın abadlaşdırılması gözlənilsə də, əksi baş verib. Ağaclar qırılıb, skamyalar sökülüb, ortada bircə heykəl qalıb. Ola bilsin ki, heykəl də sökülsün. Şəhər camaatı isə baş verənlərdən bərk narahatdır” deyə, Tahirli bildirib.

# 248
avatar

Səbuhi Məmmədli

Oxşar yazılar