Ofisdən külli miqdarda pul və qızıl oğurlayan şəxslər yaxalandı - YENİLƏNİB
Lənkəranda kredit təşkilatının ofisindən içərisində pul və qızıl-zinət əşyaları olan seyfi oğurlamaqda təqsirli bilinən iki nəfər saxlanılıb.
Rayon-Şəhər Polis İdarəsindən APA-nın cənub bürosuna bildirilib ki, tutulan şəxslər təşkilatın əməkdaşı Ruslan Əzimov və onun tanışı Əkbərov Əvəz Yaşar oğludur.
Məlumatına görə, həmin şəxslərin “Viza Kredit” MMC bank olmayan kredit təşkilatının Lənkərandakı ofisindən apardıqları seyfin içərisində 7 min 500 ABŞ dolları, 3 min 500 manat, xeyli miqdarda qızıl-zinət əşyası, qurumun rəsmi sənədləri, möhürü olub.
Oğurlanan pul və digər əşyalar onlardan maddi sübut kimi götürülüb.
Faktla bağlı araşdırma aparılır.
***
18:32
Lənkəranda kredit təşkilatının ofisindən içində pul olan seyf oğurlanıb
Lənkəranda kredit təşkilatının ofisindən içində pul olan seyfin oğurlanması faktı ilə bağlı bəzi təfərrüatları məlum olub.
APA-nın cənub bürosunun məlumatına görə, “Viza Kredit” MMC bank olmayan kredit təşkilatının Lənkərandakı ofisindən edilən oğurluqla bağlı müəyyən məqamlara aydınlıq gətirilib. Ötən gecə oğurlanan seyfin içərisində təxminən 7 min 500 ABŞ dolları, 3 min manatdan çox pul, qurumun rəsmi sənədləri, möhürü olub.
Faktla bağlı araşdırma aparılır.
15:22
Lənkəran şəhərində kredit təşkilatının ofisindən seyf oğurlanıb.
APA-nın cənub bürosunun məlumatına görə, ötən gecə şəhərin M.Nəsirli küçəsi ilə İ.Səmədzadə küçələrinin kəsişdiyi ərazidə yerləşən “Viza Kredit” MMC bank olmayan kredit təşkilatının ofisindən içində qurumun pul vəsaitləri saxlanılan seyfi naməlum şəraitdə oğurlanıb.
Hadisə barədə Lənkəran rayon Polis Şöbəsinə məlumat verilib və araşdırmalara başlanılıb.
Seyfin içindəki vəsait barədə açıqlanma verilmir. Hələlik hadisə ilə bağlı saxlanılan yoxdur.

APA Baycan
Oxşar yazılar

Şəmkirdə odlu silahla qətl törədildi - FOTO
21 yanvar 2021 , 20:58
DİN-dən xüsusi ƏMƏLİYYAT: 14 kiloya yaxın narkotik...
21 yanvar 2021 , 18:44
Cəzalandırılan prokurorluq əməkdaşlarının SAYI AÇIQLANDI
21 yanvar 2021 , 18:42
Ötən il Bakıda qeydə alınan cinayət hadisələrinin SAYI
21 yanvar 2021 , 18:26
Ötən il qaçırılan avtomobillərin sayı AÇIQLANDI
21 yanvar 2021 , 17:42
Vətən müharibəsində yaralanan qazimiz bu gün şəhid oldu
21 yanvar 2021 , 17:24
Məsuliyyətə cəlb olunan Hərbi Prokurorluq işçilərinin SAYI
21 yanvar 2021 , 15:56
Ötən il hərbi cinayətlər azalıb - Xanlar Vəliyev
21 yanvar 2021 , 15:51