Qanunsuz ovla məşğul olan 69 nəfər cəzalandırılıb - <span style="color:red;">RƏSMİ
21 oktyabr 2016 12:25 (UTC +04:00)

Qanunsuz ovla məşğul olan 69 nəfər cəzalandırılıb - RƏSMİ

 

Bu ilin 9 ayı ərzində İnzibati Xətalar Məcəlləsinin 272-ci maddəsinin (Balıq və digər su bioresurslarının mühafizəsi və ov qaydalarının pozulması) tələblərini pozaraq qeyri-qanuni ovla məşğul olduqlarına görə şəhər, rayon polis orqanları tərəfindən 69 nəfər barəsində inzibati tədbirlər görülüb.

 

Daxili İşlər Nazirliyinin ( DİN) mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, oktyabr ayının birinci yarısında ov qaydalarının pozulması hallarının qarşısının alınması istiqamətində Baş İctimai Təhlükəsizlik İdarəsi tərəfindən Saatlı, Xızı, Biləsuvar, İmişli, Ağcabədi rayonları ərazisində keçirilən tədbirlər nəticəsində müvafiq icazə olmadan ov etdiklərinə, eləcə də mülki silahın daşınması və saxlanılması qaydalarını pozduqlarına görə 11 nəfər saxlanılıb, onlardan 5-i qeydiyyatsız olmaqla 11 ədəd müxtəlif markalı ov silahı və qeyri-qanuni ovlanmış çöl quşları aşkar edilərək götürülüb.

 

Bildirək ki, ov qaydalarını, eləcə də mülki silahın daşınması və saxlanılması qaydalarını pozmuş şəxslər Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin müvafiq maddələrinə əsasən inzibati məsuliyyətə cəlb ediliblər.

 

Qeyd edək ki, hazırda bu istiqamətdə tədbirlər davam etdirilir.

 

# 161
avatar

Oxşar yazılar