Emin Millinin qaynının vəsatəti təmin edilməyib
24 dekabr 2015 17:53 (UTC +04:00)

Emin Millinin qaynının vəsatəti təmin edilməyib

 

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində külli miqdarda narkotik vasitələrin qanunsuz dövriyyəsində ittiham olunan Bakı şəhər sakini Nazim Ağabəyovun cinayət işi üzrə məhkəmənin hazırlıq iclası davam etdirilib.

 

Lent.az-ın məlumatına görə, hakim Əfqan Hacıyevin sədrliyi ilə keçirilən prosesdə ötən proses müdafiəçi Adil İsmayılovun verdiyi vəsatət təmin edilməyib.

 

Xatırladaq ki, müdafiəçi vəsatət verərək cinayət işinə xitam verilməsini istəyib.

 

Cinayət işi məhkəmə baxışına verilib. Məhkəmə baxışı dekabrın 28-ə təyin olunub.

 

Qeyd edək ki, N.Ağabəyov bu il iyulun 23-də evdən çıxıb idarə etdiyi avtomobillə işə gedərkən Binəqədi rayonu ərazisində, Mir Cəlal küçəsində yerləşən “Bol market” ticarət mərkəzinin yaxınlığında Bakı Şəhər Baş Polis İdarəsi Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən saxlanılaraq Bakı Şəhər Baş Polis İdarəsinə aparılıb. Onun üzərinə və maşınına baxış keçirilərkən külli miqdarda (6,213 qram) heroin aşkar edilərək götürülüb. Xətai Rayon Məhkəməsinin qərarı ilə barəsində 4 aylıq həbs-qətimkan tədbiri seçilib.

 

Xatırladaq ki, kompüter mühəndisi olan N.Ağabəyov məşhur rəssam Mais Ağabəyovun oğlu, “Meydan TV” internet layihəsinin rəhbəri Emin Millinin qaynıdır.

 

# 292
avatar

Səlcuq Elçin

Oxşar yazılar