Transfer pəncərəsi sürətlə davam edir. İngiltərədə sonuncu böyük keçid çoxdan gözlənilən Bruno Qimaraesin "Nyukasl"dan "Arsenal"a transferi oldu.
Lent.az-ın xarici mediaya istinadən xəbərinə görə, jurnalist Fabrisio Romano "Liverpul"un Ronald Arauxonu "Barselona"dan icarəyə götürəcəyini elan edərək azarkeşləri təəccübləndirib.
Bu sövdələşmələr olmadan belə, Premyer Liqanın "böyük altılıq" heyətləri ulduzlarla doludur.
Transfermarkt İngiltərə Premyer Liqası klublarının ümumi heyət dəyərini hesablayıb.
Premyer Liqanın dörd klubunun heyətinin dəyəri 1 milyard avrodan çoxdur. Ən bahalı heyətə, ehtimal ki, 1,49 milyard avro ilə “Çelsi” sahibdir. Ardınca “Mançester Siti”, “Tottenhem” və “Liverpul” gəlir.
Milyard dollarlıq həddə çatmaq üçün daha iki klub lap yaxındır: 963 milyon avro ilə “Arsenal” və 959 milyon avro ilə “Mançester Yunayted”. “Çelsi” “Mançester Siti” dən 180 milyon avro irəlidədir, “Arsenal” və “Mançester Yunayted” isə cəmi 4 milyon avro ilə fərqlənir. “Hall Siti” yeni mövsüm üçün ən təvazökar heyətə sahib olacaq - cəmi 36 milyon avro.
Premyer Liqanın ümumi heyət dəyəri
