1383
10:25
18 Fevral 2013

(R) “Bank of Baku”-nun “Həzi Aslanov” filialı açıldı!

Bu günlərdə paytaxtın Xətai rayonu ərazisində “Bank of Baku”-nun yeni “Həzi Aslanov” filialı açılıb (Məhəmməd Hadi küçəsi 80, Həzi Aslanov metro stansiyası yaxınlığında).

“Həzi Aslanov” filialının açılışı münasibətilə “Bank of Baku”-nun baş direktoru Fərid Əlizadə bildirib ki, bank özünün filial şəbəkəsinin genişləndirilməsini bir qədər öncə qəbul edilmiş yeni inkişaf strategiyası çərçivəsində həyata keçirir. “Yeni filialların yerləşdirilməsi məsələsini həll edərkən biz, ilk növbədə, müştərilər arasında keçirdiyimiz sorğu nəticələrinə istinad edirik. 600 kvadrat metrlik yeni “Həzi Aslanov” filialımız ən müasir avadanlıqlarla təchiz edilib və bütün növ bank xidmətləri göstərir. Yaxın zamanlarda biz müştərilərimizi daha bir filialımızın açılışına dəvət edəcəyik ”.

“Bank of Baku”-nun “Həzi Aslanov” filialı müasir bankçılığın bütün tələblərinə cavab verən avadanlıq və interyerə malikdir. “Bank of Baku”-nun yeni “Həzi Aslanov” filialı müştəriləri müasir ofisində görməyə məmnun olacaq.

“Bank of Baku”-nun “Həzi Aslanov” filialı bazar ertəsi - şənbə saat 9.00-dan 17.00-a kimi müştərilərin xidmətindədir. Fasilə: 13.00 - 14.00.

“Bank of Baku”-nun ölkə boyunca Baş ofisi və 20 filialı fəaliyyət göstərir.

“Bank of Baku”-nun xidmət və məhsulları ilə yaxından tanış olmaq üçün bankın Məlumat Mərkəzinin 145 nömrəsinə zəng etmək, həmçinin bankın www.facebook.com/bankofbaku sosial şəbəkə səhifəsini və www.bankofbaku.com korporativ saytını ziyarət etmək olar.