376
13:22
17 Yanvar 2013

Azərbaycan millisi 118-də qaldı - YENİLƏNİB

FİFA dünya yığmalarının 2013-cü ildə ilk reytinq siyahısını açıqlayıb. Lent.az -ın məlumatına görə, Azərbaycan milli komandası mövqeyini qoruyub.

Hazırda 277 xala malik millimiz 118-ci pillədədir. Yığmamızın 2014-cü il dünya çempionatının seçmə qrup mərhələsindəki rəqiblərindən Portuqaliya 1144 xalla 7-ci, Rusiya 1070 xalla 9-cu pillədə qalıb. 2 pillə irəliləyən İsrail 454 xalla 76-cı, 2 pillə geriləyən Şimali İrlandiya 367 xalla 98-ci pillədə qərarlaşıb. Lüksemburq isə 172 xalla yenə 148-cidir.

Siyahıya yenə İspaniya başçılıq edir. Son dünya və Avropa çempionlarının aktivində 1606 xal var. Almaniya 1437 xalla 2-ci, Argentina 1290 xalla 3-cüdür. Türkiyə isə 627 xalla 40-cı pillədə qalıb.