Siçanlarla dolu məbəd, saç muzeyi, kağız ev... İnanılmaz MƏKANLAR – VİDEO
07 iyun 2021 18:30 (UTC +04:00)

Siçanlarla dolu məbəd, saç muzeyi, kağız ev... İnanılmaz MƏKANLAR – VİDEO

Hər ölkədə, şəhərdə turistlərin marağına səbəb olan küçələr, yerlər var. Saqqız küçəsi, saç muzeyi, uşaq adası kimi yerlər ən çox ziyarət edilən məkanlardandı.

Lent.az dünyanın fərqli və maraqlı yerlərini təqdim edir:

Saqqız küçəsi Amerika

Uzaqdan baxanda adi bir küçə təəssüratı yaranır, amma yaxınlaşdıqda hər şeyi anlamaq mümkün olur. Kaliforniyadakı məşhur küçənin divarları başdan sona qədər çeynənilmiş rəngli saqqızlarla “bəzədilib”. Bura gələn hər kəs çeynədiyi saqqızı divara bərkidir.

Turistlərin ziyarət etdiyi bu küçədə hər gün yüzlərlə saqqız yapışdırılır. Vaşinqtonda da buna bənzər eyni küçə var.

Karni Mata məbədi - Hindistan

Hindistanda bu məbəddə 20 min siçan yaşayır. Hindistanlılar bu siçanların yenidən dünyaya gələn rahiblər olduğuna inanırlar, müqəddəs sayılırlar. Məbədə gələnlər onlara süd və taxıl gətirirlər. Siçanların önlərindəki yeməyin artığını yeməklə xəstəliklərdən azad olacaqlarına inanırlar. Qədim memarlıq ənənəsi əsasında inşa edilən məbədin binası çox gözəldir. Amma buranı ziyarət etmək cəsarət tələb edir.

Leylanın saç muzeyi

Burada kəsilmiş saçlar deyil, saçdan düzəldilən əşyalar sərgilənir. 1600-cü illərdə fotoaparat icad edilməmişdi. İnsanlar vəfat edən yaxınlarına aid xatirə əşyalar saxlamaq istəyirdilər. Saç yüz illər keçsə də, xarab olmur.  Bu səbəbdən onlar saçdan əşyalar hazırlamağa başlayıblar. Leyla adlı qadına məxsus muzeydə 700-dən çox saçdan düzəldilən əşya var. Eksponatların hər birinin ən az 100 yaşı var.

Uşaq adası - Meksika

Ağaclardan sallanan köhnə gəlinciklər.Meksikada bir adada yaşayan, sıradan bir kəndlinin övladı göldə bataraq vəfat edir. Valideynləri onun ruhunu yaşatmaq üçün zibillikdən tapdıqları köhnə gəlincikləri ağacdan asırlar.

Kağız ev - Amerika

Kənardan adi, sıradan bir ev kimi görünür. Amma evə daxil olduqda divarların, əşyaların kağızdan hazırlandığını görəcəksəniz. Üst-üstə qoyulan kağızlar su, un və alma qabığından hazırlan qarışıq vaistəsilə yapışdırılıb. 1930-cü ildə hazırlan ev üçün yüz mindən çox qəzet istifadə olunub və hələ də turistlərin diqqətini çəkir.

Dondurma məzarılığı - Amerika

Amerikada olan bu məzar məşhur dondurma markasına aiddir. Firma müştərilərin bəyənmədiyi və istehsaldan çıxartdıqları dondurmaların hər birinin “xatirəsinə” məzar düzəltdirib. Məzarın üzərində sevilməyən dondurmaların hazırlanmasında istifadə olunan ərzaqların siyahısı yazılır, rəsmi çəkilir.
 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 3156
avatar

Nigar Adil

Oxşar yazılar