Ukraynanın Odessa vilayətində iki gün ərzində ikinci dəfə dini binaya ildırım düşüb.
Lent.az yerli mediaya istinadla bildirir ki, bu gün Bolqrad rayonunun Pryamobalka kəndində kilsə binası yanıb.
Xilasedicilər ümumi sahəsi 250 kvadratmetr olan yanğını söndürüblər, tələfat olmayıb. Məlumata görə, yanğının ehtimal olunan səbəbi ildırım vurmasıdır.
Bildirilir ki, Fövqəladə Hallar Dövlət Xidməti tərəfindən yanğın yerinə 3 texnika və 10 yanğınsöndürən cəlb olunub.
Xatırladaq ki, avqustun 27-də Odessada ildırım vurması nəticəsində Ukrayna Pravoslav Kilsəsinə məxsus Müqəddəs İverski Kişi Monastırının kilsəsi yanıb.