Dünyanın ən böyük təyyarə, tank, maşın "MƏZARLIQ"ları  - VİDEO
03 may 2021 18:35 (UTC +04:00)

Dünyanın ən böyük təyyarə, tank, maşın "MƏZARLIQ"ları - VİDEO

Dünyanın müxtəlif şəhərlərində müxtəlif məhsulların atıldığı "məzarlıqlar" var. Böyük şirkətlərin istehsal səhvi və gərəksiz, istifadəyə yararsız əşyaların toplandığı yerləri insanlar “məzar”lıq adlandırır.

Lent.az dünyanın ən böyük məhsul "məzarlıqları"nı təqdim edir:

Sovet tankları

 

1991–ci ildə sovet ittifaqı dağılarkən imperiyaya aid 7 min tank Ukraynada saxlanıldı. Burada T-72 kimi 44 tonluq tank da daxil olmaqla, istifadə olunmayan, təmirə ehtiyacı olan tanklar toplanılıb. İstifadə olunmayan bu tanklar zamanla çürüyüb tamamən sıradan çıxır.

İtmiş ruhlar

1960-ci illərdən İngiltərədə istifadə olunmayan kömür mədəni illər sonra su ilə doldu və böyük bir dəlik açıldı. Ətrafda yaşayan insanlar metal qırıntılarını bu dəliyə atırlar. Qılıncadan maşına qədər, burada hər şey var.

Təkər "məzarlığı"

İlk baxışdan görüntülər muncuğa bənzəyir, amma aldanmayın. Küveytdə bir səhrada böyük quyu qazılıb və dünyada istifadəyə yarasız təkərlər burada toplanılır. Hər il bir milyondan çox yararsız təkərlər bura gətirilir. 2013 və 2020-ci illər peykdən çəkilən görüntülərdən də məlum olur ki, ərazi hər il genişlənir. Havanın isti keçmə səbəbi ilə təkər “məzarlığı”nda tez-tez yanğın baş verir.

Lokomativ "məzarlığı"
 

Amerikanın Ohaya ştatında özəl yükdaşıma şirkətinə məxsus lokomativ "məzarlığı" var. "Məzarlıq"da 1950-ci illərdə istehsal olunan minlərlə yük daşıma qatarı saxlanılır. Fərqli şirkətlərə məxsus və istifadə olunmayan lokomativlər bura gətirilir. Parçalara ayrılan hissələri yeni yükdaşıma nəqliyyatının istehsalında istifadə olunur.

Dizel maşın skandalı

2015-ci ildə “Volkswagen” şirkətinin istehsal etdiyi dizel mühərrikli maşınlara bir proqram yazılır. Proqram sayəsində aparılan testlərdə havaya buraxılan zərərli qazların səviyyəsi az göstərilirdi. Şirkətin bu hiyləsi məlum olandan sonra satılan bütün dizel mühərrikli maşınlar geri çağırıldı.

Hazırda Kaliforniyada gördüyünüz bu ərazidə 21 min “Volkswagen” dizel mühərrikli maşınlar saxlanılır. Burada ya az istifadə olunan, ya da heç istifadə olunmayan maşınlar saxlanılır.

Velosiped "məzarlığı"

Xatırlayırsınızsa, bir müddət əvvəl hər yerdə velosiped kirayələmək dəbdə idi. Çin də bu durumdan yararlanmaq üçün kütləvi velosiped istehsalına başladı. İnsanlar velosiped kirayələməkdən imtina etdikdən sonra bu görüntü yarandı.

Təyyarə "məzarlığı"

Dünyanın ən böyük təyyarə "məzarlığı" Amerikanın Arizona ştatında yerləşir. Burada Boeing-B52, F16, müxtəlif vertolyotlar da daxil olmaqla, 4 mindən çox hava nəqliyyatı vasitələri saxlanılır. "Məzarlıq"da olan təyyarələrin toplam maya dəyəri 35 milyon dollardır.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 4344
avatar

Nigar Adil

Oxşar yazılar