Bu məkanlara getməyiniz məsləhət deyil – SƏBƏB - VİDEO
20 aprel 2021 19:40 (UTC +04:00)

Bu məkanlara getməyiniz məsləhət deyil – SƏBƏB - VİDEO

Məşhur yerləri, muzeyləri gəzməyi hər kəs arzulayır. Bəzən ziyarət edənlərin mənfi fikirlərini səmimi qəbul etmirik. Amma...

Lent.az xarici KİV-ə istinadən getmənizin məsləhət görüləmədiyi məşhur yerləri təqdim edir:

Mona Liza –Fransa

Leonardo Da Vinçinin 16-cı əsrdə çəkdiyi Mona Liza tablosu bu gün dünyanın ən məşhur əsərlərindəndir. Dünyaca məşhur əsər Parisdə Luvr muzeyində sərgilənir. Muzeyi hər il on milyon insan ziyarət etdir ki, bunun 9 milyonu sadəcə Mona Lizanı görmək üçün gəlir. Əsərin qarşısı hər gün yüzlərlə insanla əhatələnir və ziyarətçilər Mona Liza ilə selfi çəkdirməyə çalışırlar. Bu qədər insanın içərisində Mono Lizanı diqqətlə izləmək təbii ki, mümkün deyil.

Hoollivud Sign  Amerika

1923-cü ildə Los-Angelsdə qurulan məşhur “Hollywood yazısı Amerika mədəniyyətinin bir parçasıdır. Bu yazını görmək üçün gedəndə keçirəcəyiniz təəssüf hissi yazıdan da böyükdür. Çünki bəlli bir məsafədən rahat görülə bilən yazı, filmlərdəki kimi gözqamaşdırıcı deyil.

Maldivlər

Maldivdə mavi suda üzüb, ağ qumsalda günəşlənmək çoxlarının arzusudur. Amma bunun üçün bir çox sınaqlardan keçməli olduğunuzu bilirsiniz?
Paytaxt Maledə yerləşən aeroporta getdikdən sonra təyyarə taksilərlə adalara gedə bilərsiniz. Əgər gəlmişkən paytaxtı da gəzim deyirsinizsə, bu fikrinizdən daşının. Çünki şəhərdə hündür binalar və tıxacdan gəzmək mümkün deyil.

Manneken Pis 

Brüsselin simvolu sayılan bu heykəli görmək hər kəsin arzusudur. Axtarıb tapanda isə təəssüf hissi keçirəcəksiniz. Ətrafda turistlər olmasa, heykəl heç də diqqət çəkməyəcək. 61 sm hündürlüyündə olan heykəl kiçik küçənin küncündə, bir çeşmənin üzərində yerləşdirilib. 1618-ci ildə hazırlanan heykəl 6 dəfə oğurlanıb Hazırda Brüsseldə nümayiş olunan “Manneken Pis” orijinal deyil.

Venesiya

Venesiyada gəmi gəzintisi çox romantik səslənir. Amma payız və qış fəslində Venesiya planınız sizə çətin anlara yaşada bilər. Belə ki, bu fəsillərdə meydana gələn sel daşqınları arzuladığınız romantik gəzintini hər an bərbad edə bilər. Yazda isə turistlərin çoxluğundan xəyal etdiyiniz gözəl gəzintini yaşaya bilməyəcəksiniz. Buna görə də Venesiya səfərini gəzinti planınızda rahatlıqla çıxara bilərsiniz.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 3486
avatar

Nigar Adil

Oxşar yazılar