Artıq 12 ildir Azərbaycanın təhsil sahəsində tətbiq olunan kurikulum sistemi ilə bağlı müzakirələr yenidən aktuallaşıb. Ortaya bir çox suallar çıxır. Sistem özünü doğruldurmu? Doğrultmursa, səbəbləri nədir? Nə üçün bir sıra müəllimlər və valideynlər yeni sistemə qarşı çıxır və təhsil yükünün ağırlığı kurikulum sistemi ilə əlaqəlidirmi?
Lent.az mövzu ətrafında təhsil ekspertləri ilə müzakirəni təqdim edir.