Ata qızını niyə tez ərə verir? - Sədrdən heyrətamiz AÇIQLAMA - VİDEO
19 fevral 2020 15:42 (UTC +04:00)

Ata qızını niyə tez ərə verir? - Sədrdən heyrətamiz AÇIQLAMA - VİDEO

Azərbaycanda qızların erkən yaşda evləndirilməsi iqtisadi problemlərlə bağlıdır.

Bu sözləri qadınlara qarşı təcavüz mövzusunda Lent.az-a danışan “Təmiz Dünya” İctimai Birliyinin sədri Mehriban Zeynalova deyib. O, verdiyi açıqlamada ölkədə bəzi qadınlara qarşı göstərilən münasibətin səbəblərinə aydınlıq gətirib.

Mehriban Zeynalova hazırda Azərbaycanda qadın hüquqlarının qorunmasında və müdafiəsində bir sıra problemlər olduğunu dilə gətirib.

O, qadınlara, xüsusən də qız uşaqlarına qarşı cinsi təcavüzün olmasını tərbiyə və mədəniyyət faktoru ilə əlaqələndirib.

Birlik sədri bəzi ailələrin məsuliyyətdən xilas olmaq üçün qızlarını erkən yaşda evləndirdiklərini dilə gətirib.

Həmsöhbətimiz  həmçinin baş verən hadisələrə cəmiyyətin necə reaksiya verməsindən də söhbət açıb.

Mehriban Zeynalova ölkədə bəzi serotiplərin hələ də qaldığını vurğulayaraq, bunun əksər hallarda hüquqi məsələlərin həllində maneə yaratdığını da qeyd edib. O, həmin serotiplərə görə, zorakılıqla üzləşən 16 yaşdan yuxarı qızların daha çox ittiham olunduğu bildirib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 14800
avatar

Mehman Nəbiyev

Oxşar yazılar