Yemək yeyəndə uşağa telefon  verməyin! -  VALİDEYNLƏRİN ƏN BÖYÜK SƏHVİ
15 iyun 2024 14:48 (UTC +04:00)

Yemək yeyəndə uşağa telefon verməyin! - VALİDEYNLƏRİN ƏN BÖYÜK SƏHVİ

Uşağa yemək yedizdirmək mümkün olmadıqda, valideynlər müxtəlif hiylələrə əl atırlar. Demək olar ki, hiylələrin ən birincisi smartfon və ya planşetdən istifadə etmək olur.

Lent.az xarici KİV-ə istinadən xəbər verir ki, mütəxəssislər yemək yeyərkən telefona, televizora baxmağın yaxşı olmadığını deyib.

Süfrədə diqqətin dağılması həddindən artıq yemək və piylənməyə səbəb olur.

Elm nə deyir?

Mütəxəssisləri deyirlər ki, cihazlara (smartfon, televizor, noutbuk, planşet, kompüter) həsr olunmuş vaxt, xüsusilə gənclər üçün piylənmənin inkişafı üçün elmi cəhətdən sübut edilmiş risk faktorudur. Televiziya və ya digər vasitələrlə diqqəti yayındıran beyin yeməyin dadına reaksiya vermir və insan özünü tox hiss etmir və yeyilən yeməyin miqdarını bilmir. 

Qadcet və ya televizora baxaraq yemək yeməyin təhlükələri haqqında məlumatlar Birmingem (Böyük Britaniya) və Rutgers Universitetində (ABŞ) tədqiqatçılar tərəfindən aparılan araşdırmalarla təsdiqlənir.

Valideynlərin səhvi

Qadcetdən istifadə edən valideynlər razıdırlar. Ancaq uşağın diqqəti ekrana yönəldiyi üçün o, yeməyi tam dada bilmir, yeməyi daha az çeynəyir, bu da boğulma (böyük parça udsa), həzmsizlik və mədə narahatlığı ilə nəticələnə bilər. Ən pisi odur ki, bütün bunlar vərdişə çevrilir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2505
avatar

Fidan İlqar

Oxşar yazılar