Yaddaş problemi uşaqlarda tez-tez rastlanan problemlərdən biridir. Məktəb dövründə unutqanlığın olması uşaqların dərslərində bir sıra çətinliklər meydana gətirir.
Lent.az unutqanlığın və diqqət dağınıqlığının qismən aradan qaldırılmasının yollarını sizə təqdim edir.
1. Hesablamaları əllə edin
Bildiyimiz kimi məktəb dövründə bəzi uşaqlar hesablamaları kalkulyatorla edir. Bu isə uşağın həm dərsi yaxşı qavramamasına, həm də yaddaş problemlərinə gətirib çıxara bilər. Uşaqlara bacardığınız qədər hesablamaları əl ilə etməyi öyrədin.
2. Nömrələri əzbərlətməyə çalışın
Bəli, uşaqların yaddaşını möhkəmlətmək üçün ən asan yollardan biri də budur. Ailə üzvlərinizin nömrələrinizi uşaqlara əzbərlədin. Bu, yaddaşla yanaşı, uşaqların gündəlik həyatlarında təhlükəsizlikləri üçün də vacibdir.
3. Televizor izləməyi, kompüter və tabletlə keçirilən müddəti azaldın
Müasir zamanda bunlardan uzaq durmaq çox çətindir. Ancaq uşaqların sağlamlığı, diqqət dağınıqlıqlarının qarşısının alınması üçün müəyyən qədər diqqətli olmaqda fayda var. Ən azından ərgənlik yaşına çatana qədər nəzarət etmək həm uşağınız, həm də sizin üçün yaxşı olacaqdır.
4. Şəkər və şəkərli qidalardan az istifadə edin
Uşaqları şirniyyatlardan, tərkibində şəkər olan qidalardan uzaq tutun. Mümkün qədər təbii qidalarla bəsləməyə çalışın. Bol-bol meyvə yedizdirin.
Və.ən əsas, evdəki rahat həyat və güvən ortamının uşağın beyin inkişafı üçün ən önəmli amillərdən olduğunu unutmayın.
Sevinc Fərid