Mağazanın altından 317 skelet  tapıldı
08 sentyabr 2025 03:42 (UTC +04:00)

Mağazanın altından 317 skelet tapıldı

0

Arxeoloqlar Böyük Britaniyada bir mağazanın altından orta əsrlər dövrünə aid 317 skelet tapıblar.

Lent.az xəbər verir ki, bu barədə “Popular Mechanics” məlumat yayıb.

Cəsədlər hazırda Qloster Universitetinin kampusunun tikildiyi Qlosterdəki keçmiş Debenhams univermağının yerində aşkar edilib.

Qazıntıları əvvəllər ərazidə daha 83 Roma dövründən qalmış qəbiri aşkar etmiş “Cotswold Archaeology” aparıb.

İnsan qalıqlarından başqa, tapıntıların son orta əsrlərə aid olduğu müxtəlif əşyalar, o cümlədən tütün boru və şərab şüşəsinin qalıqları tapılıb.

Dişlərin ilkin müayinəsi meyitlərin yüksək şəkərli qida qəbul etdiyini göstərib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 854

Oxşar yazılar