Xalq artisti  reanimasiyaya   yerləşdirildi, vəziyyəti ağırdır  -  YENİLƏNİB
08 sentyabr 2025 12:24 (UTC +04:00)

Xalq artisti reanimasiyaya yerləşdirildi, vəziyyəti ağırdır - YENİLƏNİB

0

Xalq artisti Sərdar Fərəcov sentyabrın 6-ı saat 15:10 radələrində Mərkəzi Neftçilər Xəstəxanasına hospitalizasiya olunub.

Bu barədə Lent.az-ın sorğusuna cavab olaraq TƏBB-dən məlumat verilib.

Bildirilib ki, Xalq artistinə kəskin miokard infarktı, mədə-bağırsaq qanaması və kəskin ürək çatışmazlığı diaqnozları təyin olunub:

"Zəruri laborator və instrumental müayinələr icra olunub.

Hazırda onun müalicəsi Reanimasiya şöbəsində davam etdirilir.

Xəstənin ümumi vəziyyəti ağır olaraq qiymətləndirilir.

Huşu aydın, hemodinamik göstəriciləri stabildir".

***

11:08

"Ötən həftənin cümə günündən atamın vəziyyəti ağırlaşdı, Mərkəzi Neftçilər Xəstəxanasına apardıq".

Lent.az bildirir ki, bunu APA-ya a Xalq artisti Sərdar Fərəcovun qızı Selcan Heydərova deyib.

O bildirib ki, bəstəkar ürək çatışmazlığı ilə yanaşı, böyrək çatışmazlığından da əziyyət çəkir:

Xalq artisti Sərdar Fərəcov reanimasiyaya yerləşdirilib, vəziyyəti ağırdır

"Sentyabrın 5-i səhər işə gedəndə ürəyində narahatlıq yaranıb. Artıq evə gələndə vəziyyətinin kritik olduğunu gördük. Hazırda Mərkəzi Neftçilər Xəxstəxanasının Reanimasiya şöbəsində müalicə alır. Vəziyyəti ağır-stabildir".

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 1612

Oxşar yazılar