Sağlamlıqda yaranan dəyişiklikləri görməməzlikdən gəlməmək və vaxtında mütəxəssisə müraciət etmək çox önəmlidir. Kişilərlə müqayisədə qadınlarda infarktın tipik əlaməti qəfil sinə ağrısı daha az rast gəlinir. Buna görə də qadınlarda ürək tutmasını tanımaq çətinləşir və diaqnoz çox vaxt gec qoyulur.
Lent.az bu simptonları təqdim edir:
Amerikalı tədqiqatçılar infarkt keçirən 500-dən çox qadın arasında sorğu keçiriblər və tutmadan əvvəl ən çox müşahidə olunan əlamətləri müəyyən ediblər. Nəticələr Böyük Britaniya nəşrlərindən birində dərc olunub.
İnfarktdan bir ay əvvəl qadınlarda tez-tez rast gəlinən 3 siqnal:
Xroniki yorğunluq, istirahətdən sonra belə keçmir;
Nəfəs darlığı, hətta minimal hərəkətdə belə ortaya çıxır;
Yuxu pozuntuları.
Məlum olub ki, qadınların 95%-i infarktdan əvvəl bu əlamətlərdən ən az birini yaşayıb. Lakin “klassik” simptom sayılan güclü sinə ağrısı qadınlarda kişilərlə müqayisədə xeyli nadir hallarda qeydə alınıb.
Həkimlərin xəbərdarlığı
Mütəxəssislər vurğulayırlar ki, vaxtında tibbi yardım həyati əhəmiyyət daşıyır. Çünki həkimə gec müraciət etmək çox hallarda infarktdan sonrakı ilk həftədə ölüm riskini artırır.
Risk faktorları
Bioloji fərqlərlə yanaşı, həyat tərzi və xarici amillər də infarktın inkişafına təsir göstərir.
Xroniki stres,
siqaret çəkmək,
fiziki aktivliyin azlığı,
düzgün olmayan qidalanma
ürək-damar sisteminə böyük yük salır. Psixoloji təzyiq və davamlı gərginlik də orqanizmi zəiflədir və ürək xəstəliklərinin inkişafını sürətləndirir. Həkimlər xatırladırlar: hətta “xüsusi olmayan” simptomlar halsızlıq, yuxusuzluq və ya nəfəs darlığı gözardı edilməməlidir. Xüsusilə də 40 yaşdan yuxarı qadınlar bu əlamətlərə diqqətli yanaşmalıdır. Vaxtında həkimə müraciət və profilaktik müayinələr gizli riskləri aşkar etməyə və təhlükəli fəsadların qarşısını almağa kömək edir.