Fernandu Santuş istefaya  göndərildi
08 sentyabr 2025 12:05 (UTC +04:00)

Fernandu Santuş istefaya göndərildi

0

Azərbaycanın futbol üzrə yığmasının baş məşqçisi Fernandu Santuş istefaya göndərilib.

Lent.az xəbər verir ki, portuqaliyalı mütəxəssisin müqaviləsinə xitam verilib.

AFFA-nın baş katibi Cahangir Fərəcullayevin sözlərinə görə, bu gün AFFA İcraiyyə Komitəsinin qərarı ilə qarşılıqlı razılaşma əsasında Azərbaycan millisinin baş məşqçisi Fernandu Santuşun müqaviləsinə xitam verilib.

Yığmanı sabah Ukrayna ilə qarşılaşmaya Ayxan Abbasov çıxaracaq.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 666

Oxşar yazılar